Livan: Zəlzələ nəticəsində insan tələfatı yoxdur

6 Fevral 2023 13:37 (UTC+04:00)

Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda baş verən və Livanda da hiss edilən zəlzələ nəticəsində ölən olmayıb.

AzNews.az xəbər verir ki, bu barədə Livanın daxili işlər naziri Besam Mevlevi məlumat yayıb.

O yalnız bir neçə binada çatların olduğunu qeyd edib.

Livanın ictimai işlər və nəqliyyat naziri Əli Hamiyə də bildirib ki, baş nazir Nəcib Mikati zəlzələ ilə bağlı lazımi tədbirlərin görülməsi üçün Böhran İdarəetmə Departamenti ilə görüş keçirəcək.

Pərvanə