Niderlandın baş naziri Ərdoğanla telefonla danışıb

6 Fevral 2023 13:48 (UTC+04:00)

Niderlandın baş naziri Mark Rutte Ərdoğanla telefonla danışıb və xilasetmə qruplarının bu gün bölgəyə gedəcəyini bildirib.

AzNews.az xəbər verir ki, bu barədə baş nazir özü məlumat verib.

"Türkiyə və Suriyada baş verən zəlzələ ilə bağlı dəhşətli xəbər aldıq. Bu ciddi fəlakətdən bütün zərərçəkənlərin yanındayıq. Bu gün Niderland axtarış və xilasetmə Qrupu bölgəyə gedəcək. Prezident Ərdoğana başsağlığı verdim", - deyə o bildirib.

Pərvanə