Türkiyədə son 25 ilin ən güclü zəlzələləri

6 Fevral 2023 16:44 (UTC+04:00)

Dağıdıcı zəlzələ Türkiyənin cənubunda və Suriyanın şimalında baş verib, Livan və Kiprdə hiss olunan 40 saniyə davam edən təkan nəticəsində 1600-ə yaxın insan həlak olub .

Aznews.az xəbər verir ki, xilasetmə qrupları iki ölkənin şəhər və qəsəbələrində dağıntılar altında qalmış insanları xilas etmək üçün çalışır.

Türkiyədə son 25 ilin ən güclü zəlzələlərinin qısa xülasəsini təqdim edirik:

1999-cu ilin avqustu

Türkiyənin ən böyük şəhəri İstanbulun cənubunda əhalinin sıx məskunlaşdığı Mərmərə bölgəsində 7,6 bal gücündə güclü zəlzələ 45 saniyə ərzində baş verib. Bir neçə gün ərzində rəsmi ölənlərin sayı 17,500-ə çatıb.

1999-cu ilin noyabrı

Türkiyənin şərqindəki Düzcə şəhərində baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 845-ə çatıb.

May 2003

Şərqi Bingöl vilayətində 6,4 bal gücündə zəlzələ baş verib, məktəb yataqxanası uçub. Ən azı 167 nəfər, o cümlədən 83 uşaq həlak olub.

Mart 2010

Şərqi Elazığ vilayətində baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində azı 42 nəfər həlak olub .

Oktyabr 2011

Türkiyənin şərqindəki Van şəhərində iki zəlzələ baş verib. Birincisi (7,2 bal) oktyabrın 23-də, ikincisi (maqnitudası 5,6) noyabrın 9-da baş verib və ümumilikdə 644 nəfər həlak olub.

Yanvar 2020

Elazığda baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində azı 22 nəfər ölüb, 1000-dən çox insan yaralanıb. Suriya, Gürcüstan və Ermənistanda da hiss olunub.

Oktyabr 2020

Oktyabrın 30-da Yunanıstanın şərqində və Türkiyənin qərbində baş verən 7 bal gücündə zəlzələ nəticəsində ən azı 24 nəfər ölüb, 800-ə yaxın adam yaralanıb.

Türkiyədəki zərərin böyük hissəsi Ege dənizinin kurort şəhəri İzmir və onun ətrafında baş verib.

2023-cü ilin fevralı

Türkiyənin cənub-şərqində və Suriyanın şimal-qərbində 7,8 bal gücündə güclü zəlzələ baş verib. Türkiyədə ən azı 1014 nəfər ölüb, 5000-dən çox insan yaralanıb.

Artıq 11 ildən çox davam edən vətəndaş müharibəsi ilə viran qalan Suriyada dövlət mediası, əksəriyyəti Hama, Hələb və Latakiya əyalətlərində ən azı 371 nəfərin öldüyünü, 1000-dən çox insanın yaralandığını bildirib.

Suriyanın şimal-qərbində üsyançıların nəzarətində olan bölgədə xilasedicilər 221 nəfərin öldüyünü bildirib.

Mövsüm