Mirşahin həyacan təbili çaldı: "Ziyalılar İranın terroruna susur"!

6 Fevral 2023 17:07 (UTC+04:00)

"Biz İrandan nə istəyirdik ki: İlahi ədaləti tanımasını! Azərbaycanın yanında Azərbaycan haqlı olduğuna görə olmasını. Axı Haqq Allahdır! İran isə ermənilərlə birlikdə olmaqla sübut etdi ki, məscidlərimizə donuzu şərikinə bağlayıblar... Siz nəyi gözləyirsiz: Azərbaycanın bütün məscidlərində eyni gündə eyni saatda İranın terror aktını lənətləyən vəhdət xütbəsi oldumu? Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin adını çəkənlər, indi buyurun, Şeyxin arxasında bəlkə bir dövlət namazına durasınız! Vəhdət adına, Birlik adına"!

Bu sözləri REAL TV-nin rəhbəri Mirşahin Ağayev dünən sözügedən kanaldakı müəllif proqramında deyib. AzNews.az xəbər verir ki, "Mirşahinin vaxtı" proqramında tanınmış telejurnalist daha sonra sözlərinə belə davam edib:

"Hüquq mühafizə orqanlarının apardığı əməliyyatlar göstərir ki, alnınızı qoyduğunuz möhür heç də həmişə Azərbaycan torpağına qoyulmayıb. Siz Qarabağı, Şərqi Zəngəzuru Azərbaycan dövlətinin yox, islam dünyasının torpağı sayanların yanında olmusunuz, bununla da ərazi bütövlüyümüzü şübhə altına almısınız! Terrorçu İranla birlikdə olan yerli “iranlılarımız” siz şəhidlərimizin qanına xəyanət etmisiniz. Bu saat Azərbaycan ziyalılarının, onun yazıçılarının, şairlərinin, incəsənət, mədəniyyət adamlarının tribunalarda, mediada, radio və televiziyalarda, ən azı sosial şəbəkələrdə bir-birinə aman vermədən mövqe nümayiş etdirmək zamanıdır. İndi nə deyəcəklər, yenə də deyəcəklər ki, sifarişlə işləmirlər? Bəlkə elə sifarişə işləyirlər!?! Mən medianın təşəbbüsü ilə bəyan edilən xalaxətrin mövqeləri nəzərdə tutmuram. Yandırılan Qurana canınız yanmadı, başa düşdük, amma Tehranda Azərbaycanın səfirliyində şəhid olmuş gəncimizin anasının, atasının, balalarının yanan canına da soyuqsunuz belə. Hanı yaradıcı ittifaqlarımızın bəyanatları. Xarici dillərə tərcümələri. Heç olmasa video bağlantılarla ictimai aksiyalar? Amma Allah xatirinə bu müraciətdən sonra mənim şəxsimə əttökən şeirlər göndərməyin! Bilirsiz mən nəyi nəzərdə tuturam! Media Reyesterini hədəfə alan media mirzələri, mövzu o deyil. Tehranda məruz qaldığımız vəhşi aktdır. Bu mənzərəni dünyaya çatdırmaq, Azərbaycanınm maraqları naminə ayaqda olmaq, başda olmaq, ürəkdə olmaq, tətikdə olmaq, bir sözlə hər yerdə olmaqdı əsas hədəf! Reyester məsələsindən sonra deyəsən xaricdən maliyyələşən media vasitələrinin hamısı narahat olmağa başlayıb. Ya da ki, onları bəzi Qərb ofisləri narazılığa təhrik edir. Yəni belə çətindir anlamaq ki, əgər "İnteraz"ı İranın maliyyələşdirməsi qəbahət, cinayətdirsə, bunları da Soros və ya onun pultayları maliyyələşdirir və bu da qəbahət, cinayətdir. Çünki xaricdən maliyyələşmənin bir adı var. Görünür kimlərsə öz qrantlarından narahatdır. İrandakı səfirliyimizi, Azərbaycanıən ərazi bütövlüyünü qoruyarkən şəhid olmuş, yaralanmış övladlarımızın qədri onsuz da belələrinin qrant qiymətinə qalmayıb. Prezident İlham Əliyevin sərəncamı ilə onlar öz mükafatlarını aldılar. Bu gənclər də İlham Əliyevin gəncləridir. Gənclər gününün qeyd olunduğu həftənin içində Prezidentin belə bir sənəd imzalamasının rəmzi mənası da var. Azərbaycanın müharibəsi davam edir".

AzNews.az