Araz Əlizadənin ölümündən sonra ASDP-yə sədr olacaq şəxs məlum olub

6 Fevral 2023 18:19 (UTC+04:00)

Azərbaycan Sosial Demokrat Partiyasına Araz Əlizadənin oğlu Səməd Əlizadə rəhbərlik edəcək.

Bu barədə Azpost.info-ya daxil olan məlumata görə, yaxın vaxtlarda partiyanın qurultayı keçiriləcək. Qurultayda sədrlik postuna Səməd Əlizadənin namizədliyi irəli sürüləcək.

Araz Əlizadə ötən il oktyabrın 6-da dünyasını dəyişib. Həmin vaxt onun xanımı Manana Quriya mediaya açıqlamasında bildirmişdi ki, partiya ilə bağlı məsələlər Araz Əlizadənin 40 mərasimindən sonra müzakirəyə çıxarılacaq.

Araz Əlizadənin 40 mərasimi artıq keçirilib.

Məlumata görə, ASDP üzvləri partiyanın taleyindən narahat olduqları üçün təcili qurultay keçirilməsini istəyirlər.

Bundan əvvəl məlumat yayılmışdı ki, ASDP üzvləri Araz Əlizadənin qardaşı, partiyanın qurucularından olan politoloq Zərdüşt Əlizadəyə təşkilatın rəhbərliyinə qayıtmağı təklif ediblər. O, isə bundan imtina edib. Zərdüşt Əlizadə bu barədə mediaya verdiyi açıqlamada ASDP-nin rəhbərıiyinə qayıtmayacağını bildirib.