Suriyada zəlzələdə ölənlərin sayı 461-ə çatıb

6 Fevral 2023 19:03 (UTC+04:00)

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

Aznews.az xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 461-ə çatıb.

Təbii fəlakət zamanı daha 1326 nəfərin yaralandığı bildirilir.

***

17:53

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 430-a çatıb.

Təbii fəlakət zamanı 1300-dən çox insanın yaralandığı bildirilir.

***

11:48

Suriyada güclü zəlzələdə ölənlərin sayı artmağa davam edir.

Suriya dövlət televiziyası zəlzələ nəticəsində ölənlərin sayının 427-yə çatdığı barədə məlumat yayıb.

Xəbərdə 600 nəfərin yaralandığı bildirir.

***

10.26

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.

Xatırladaq ki, Türkiyədə 7,4 bal gücündə baş verən zəlzələ qonşu Suriyada da ciddi dağıntılara yol açıb.

***

09:36

Suriyada da zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı çoxalıb.

APA-nın “Anadolu”ya istinadən xəbərinə görə, Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrindən olan Azaz və Əl-Bab şəhərlərində ölənlərin sayı 100-ü keçib.

Zəlzələ nəticəsində xəsarət alanlar isə 334 nəfərdir. Hazırda dağıntıların altında qalan şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.

Səlcuq Elçin

***

08:18

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

Suriyanın Türkiyə ilə sərhəd yaşayış məntəqələrində onlarla tikili dağılıb. Azaz və Əl Bab şəhərlərində ilin məlumata görə azı 42 nəfər ölüb. Ölənlərin və xəsarət alanların sayının artacağı istisna edilmir.

Suriya Dövlət Televiziyası Latakiya və Hamada çox sayda binanın dağıldığını xəbər verib.