Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

6 Fevral 2023 19:37 (UTC+04:00)

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Aznews.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının aşağıdakı telefon nömrələri və elektron poçt vasitəsilə əlaqə saxlamaları xahiş olunur:

+994125969449 (saat 9:00-dan 18:00-dək)
+994503422491 (24 saat)
cmmkon@mfa.gov.az