Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu uğurla başa vurub

7 Fevral 2023 08:45 (UTC+04:00)

Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurub.

AzNews.az xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviter hesabında yazıb.

“General (Hikmət -red) Həsənovun dəvəti ilə Müdafiə Nazirliyinin bütün təlimatçılarına kursun sonunda sertifikatlar təqdim etmək məni çox məmnun etdi. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurdular”, - səfir sosial şəbəkə hesabında qeyd edib.