Bayden: "ABŞ-yə kəşfiyyat hava şarı göndərməsi Çindən gözlənilən bir şeydir"

7 Fevral 2023 08:48 (UTC+04:00)

ABŞ prezidenti Co Bayden Vaşinqton yaxınlığındakı Kemp Deviddən Ağ Evə qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

O jurnalistlərdən birinin "Şar hadisəsi ABŞ-Çin əlaqələrini zəiflətdimi?" sualına belə cavab verib:

"Xeyr. Biz Çinə nə edəcəyimizi açıq formada dedik. Onlar bizim mövqeyimizi başa düşürlər. Biz geri addım atmayacağıq. Biz doğru şeyi etdik. Zəiflətmə və ya inkişaf etdirmək yoxdur, sadəcə həqiqət budur".

Bayden bildirib ki, Çinə məxsus hava şarı Amerika ictimaiyyəti xəbərdar oldu deyə vurulmayıb. O şarın səmada göründüyü ilk anlardan bəri uyğun olan ən qısa zamanda vurulması ilə bağlı göstəriş verdiyini deyib.

ABŞ lideri Çinin belə bir şeyə necə cəsarət etdiyi barədə suala gülərək cavab verib: "Onlar Çin hökumətidir. Çindən gözlənilən bir şeydir".

Bayden deyib ki, Çin tərəfi hava şarını inkar etməyib, sadəcə hansı məqsədlə istifadə etdiklərini etiraf etməyiblər.

Pərvanə