İŞİD döyüşçüləri zəlzələdən sonra Suriya həbsxanasından qaçıb

7 Fevral 2023 11:20 (UTC+04:00)

Suriyanın şimal-qərbindəki zəlzələdən sonra "İslam Dövləti" terror təşkilatına mənsub olmaqda şübhəli bilinən azı 20 məhbus həbsxanadan qaçıb .

Aznews.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

"20-yə yaxın məhbus qaçıb, ehtimal ki, İŞİD döyüşçüləridir" məlumatda qeyd olunub.

Mənbənin məlumatına görə, Türkiyə sərhədindəki Racu şəhəri yaxınlığındakı həbsxanada 2000-ə yaxın insan saxlanılır. Zəlzələ binaya ziyan vurduqdan sonra məhbuslar qiyam qaldıraraq həbsxananın bir hissəsini ələ keçiriblər.

Mövsüm