"ABŞ müasir çağırışlar qarşısında birliyə malik deyil"- Henri Kissincer

7 Fevral 2023 11:25 (UTC+04:00)

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın 112-ci ildönümünə həsr olunmuş tədbirdə deyib ki, müasir çağırışlar fonunda ABŞ-da ölkə daxilində birlik yoxdur.

"Bu gün biz yenə də daxili parçalanmadan və kim olduğumuza və nəyin tərəfdarı olduğumuza dair mübahisələrlə bağlı beynəlxalq iğtişaşlardan əziyyət çəkirik. Qarşıda duran çağırışlarla üzləşmək üçün lazım olan daxili birliyi toplamaqda çətinlik çəkirik", - Kissincer deyib.

O, həmçinin "heç bir azalma əlaməti göstərməyən" Ukrayna böhranını xatırladıb və "insan şüurunu dəyişdirən" süni intellektin inkişafı məsələsinə toxunub.

Kissincer "Bu hazırkı hadisələrin hər biri güc və barışıq birləşməsini tələb edir" dedi və əlavə etdi ki, Reyqan "güc elementlərini və barışıq elementlərini necə birləşdirməyi hamıdan yaxşı başa düşürdü".

Mövsüm