Egeydə miqrantları daşıyan qayıqda 4 nəfər ölüb

7 Fevral 2023 12:02 (UTC+04:00)

Egeydə nizamsız miqrantları daşıyan qayığın qayalıqlara çırpılması nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib.

Aznews.az xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyası "ERT" məlumat yayıb.

Miqrantları daşıyan qayıq Lesbos adasının şərqindəki Provoskida bölgəsində qayalara çırpılıb.Hadisə nəticəsində 4 nəfər həyatını itirib. 41 nəfərin olduğu qayıqda olan 16 nəfər də xilas edilib.

Güclü küləyin təsirli olduğu bölgədə çox sayda insanın itkin düşdüyü bildirilib.

Mövsüm