Türkiyədə iki zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb

7 Fevral 2023 12:20 (UTC+04:00)

Türkiyədə iki zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin zəlzələ riskinin azaldılması üzrə baş direktoru Orhan Tatar televiziyaya verdiyi açıqlamada bildirib.

"Hazırda 3 381 nəfər həlak olub, 20 426 nəfər xəsarət alıb. 5 775 bina dağıdılıb, daha 11 000 binaya ziyan dəydiyi bildirilir".

Tatarın sözlərinə görə, ilk baş verən zəlzələdən bəri Türkiyədə 3 və 6 bal gücündə 285 təkan qeydə alınıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, səhər saatlarında Türkiyənin mərkəzi hissəsində 5,6 bal gücündə daha bir zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanların episentri təxminən 41 800 nəfər əhalisi olan Besni şəhərindən 13 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Mövsüm