İsrail ordusu İordan çayının qərb sahilində 17 yaşlı fələstinlini öldürüb

7 Fevral 2023 12:40 (UTC+04:00)

İsrail ordusunun İordan çayının qərb sahilində təşkil etdiyi basqında bir fələstinli uşaq öldürülüb.

AzNews.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri bu gün səhər saatlarında İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinə basqın edib. Basqın zamanı 17 yaşlı fələstinli Həmzə əl-Aşkar İsrail əsgərləri tərəfindən başından vurularaq öldürülüb.

İsrail ordusundan verilən açıqlamaya görə, səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif nöqtələrinə basqınların təşkil edildiyi bildirilib. Basqınlar zamanı bəzi fələstinlilərin İsrail qüvvələrinə daş və molotof kokteyli atdığı qeyd edilib. Basqınlarda 4 fələstinlinin nəzarətə alındığı, İsrail qüvvələrinə atəş açdığı iddia edilən bir şəxsin vurulduğu bildirilib.

İsrail ordusu və yəhudi köçkünlərin açdığı atəş nəticəsində 2023-cü ilin əvvəlindən biri qadın, 9-u uşaq olmaqla 42 fələstinli həlak olub.

Pərvanə