Avstraliya və Yeni Zelandiya liderləri "Çin ilə əməkdaşlıq" mesajı verdi

7 Fevral 2023 12:42 (UTC+04:00)

Avstraliyanın Baş naziri Entoni Albanese və yeni zelandiyalı həmkarı Kris Hipkins regional məsələləri, eləcə də Çinlə əməkdaşlığı müzakirə etmək üçün bir araya gəliblər.

Aznews.az xəbər verir ki, Kris Hipkins ilk xaricə səfərini yanvar ayında sələfi Casinda Ardernin sürpriz istefasından sonra Avstraliyaya edib.

Avstraliyanın baş naziri Albanese və Hipkins görüşdən sonra birgə mətbuat konfransı keçirib. Ölkəsində baş nazirlər dəyişsə də, xarici siyasət mövqelərinin dəyişmədiyini ifadə edən Hipkins, “Hökumətin xarici siyasəti Baş nazir Ardernin dövründə olduğu kimidir”,- deyə qeyd edib.

Çinin Cənubi Sakit Okeandakı təzyiqlərindən narahat olub-olmadığını sualına, Kris Hipkins, "Çin Yeni Zelandiya üçün son dərəcə əhəmiyyətli bir tərəfdaş, çox vacib ticarət tərəfdaşı və digər sahələrdə də tərəfdaşdır" cavabını verib.

Kris Hipkins qeyd edib ki, onlar Çinlə fikir ayrılıqlarını dilə gətirməyə davam edəcəklər, lakin Pekinlə münasibətləri gücləndirmək üçün səylərini inkişaf etdirəcəklər.

Mövsüm