Məşhur marketlər şəbəkəsi cərimə edilə bilər

7 Fevral 2023 15:54 (UTC+04:00)

“Oba Market” MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət haqqında aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə ) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Sumqayıt şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılacaq.

Rəşid