Vardanyan camaşırxanaya aparılan paltarların arasında Xankəndidən qaçırıldı - MOSKVADADIR

7 Fevral 2023 18:44 (UTC+04:00)

Xankəndindəki qondarma rejimin avüntürist və cani “dövlət naziri” Ruben Vardanyanın Moskvada olması barədə erməni mətbuatına məlumatlar sızıb.

Caliber.Az xəbər verir ki, bu məlumat etibarlıdır.

Qeyd olunur ki, Vardanyan Moskvaya, sadəcə heç də "alnı açıq" getməyib. O, sadəcə olaraq Rusiyaya qaçdı. Əldə olunan məlumata görə, o, RMK-nın yük maşınlarından birinin arxasında və camaşırxanaya təhvil verilməli olan hərbi geyimlərin arasında Ermənistana aparılıb və oradan Moskvaya uçub.

Beləliklə, “Vardanyan layihəsi”ni tam uğursuzluğa düçar olduğunu söyləmək mümkdündür- sayt yazır- ilk növbədə Azərbaycan xalqının və şəxsən Ali Baş Komandanın dəmir iradəsi sayəsində. Əgər Ruben Vardanyan başqa bəhanə ilə Qarabağa qayıtmaq qərarına gəlsə (bu, çox, çox az ehtimaldır), bu, Bakı tərəfindən ordumuzun ildırım sürəti ilə aparacağı hərbi əməliyyat üçün əsas olacaq.

AzNews.az