Azərbaycanda Türkiyə üçün yardım kampaniyası təşkil edilib - FOTOLENT

7 Fevral 2023 19:24 (UTC+04:00)

Azərbaycan əhalisi Türkiyədə zəlzələdən zərər çəkmiş əhali üçün yardım kampaniyasında fəal iştirak edir.

Aznews.az xəbər verir ki, zəlzələdən zərər çəkmiş əhaliyə ərzaq, geyim və digər lazımi əşyalar bir sıra yardım toplama məntəqələrində qutulara yığılaraq tırlara yüklənir.

Kampaniyada yüzlərlə şəxs könüllü olaraq, əhali tərəfindən gətirilən əşyaların qutulara yığılıb daşınmasında, tırlara yüklənməsində iştirak edir.

Foto İlkin Nəbiyev © APA group