Ərdoğan Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olub

8 Fevral 2023 15:25 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının axtarış-xilasetmə işləri ilə tanış olub.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Azərbaycan xilasedicilərinin fəaliyyət barədə məruzə edib.