Populyar şəfa içkisi - RESEPT

8 Fevral 2023 19:49 (UTC+04:00)

Müalicəvi içki kimi tanınan sirkencubin və ya sirkengbin içkisinin faydaları nələrdir? İbn Sinanın tövsiyə etdiyi şəfalı sirkə siropu niyə bu qədər populyardır?

Mövlana Cəlaləddin Ruminin sevimli içkisi kimi tanınan sirkəli içki min bir dərdin dərmanıdır. Əslində, bal və sirkə qarışığı olan bu içki həm ləzzətli dadı, həm də xəstəliklərə şəfa verməsi ilə əfsanəyə çevrilib. "Encübin" farsca bal mənasını verir. Bu söz sirkə sözü ilə birləşərək ballı sirkə mənasını yaradır. Bəs sirkə şərbətinin nə kimi faydası var?

Sirkəli şərbətin içilməsi həzm pozğunluğuna yaxşı təsir edir və həzm sisteminin sağlam işləməsini dəstəkləyir. Qan şəkərini tənzimləməyə kömək edir, beləliklə toxluq hissinin daha uzun sürməsini təmin edir. Antioksidant xüsusiyyəti sayəsində müntəzəm olaraq qəbul edildikdə bədəni təmizləyir və detoks effekti yaradır. Əslində, səhərlər acqarına içildikdə arıqlamağa kömək etdiyi də məlumdur, çünki onun tərkibi indi çox məşhur olan ballı sirkə suyu ilə eynidir. Daimi içilərsə yüksək təzyiqi tarazlaşdırır.

Sirkencubin siropunun resepti.

Tərkibi: 1 litr su, 1 stəkan alma sirkəsi, 3 xörək qaşığı çiçək balı. Bütün maddələri qarışdırdıqdan sonra 1-2 saat gözləyin və gündə 1 stəkan qəbul edin.

Nuray

Aznews.az