Əflatun Amaşov jurnalistlərə verilən mənzildən danışdı

22 İyul 2013 09:11 (UTC+04:00)
"Bu gün təqdim ediləcək mənzillər jurnalistlər üçün çox gözəl bir hədiyyədir"

APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər üçün tikilmiş binanın açılış mərasimində çıxışında deyib.

Şura sədri dövlətin mətbuata dəstəyini yüksək qiymətləndirilib.
Əflatun Amaşov bildirib ki, məhz dövlət başçısının sayəsində bu gün Mətbuat Şurası dünyanın digər ölkələrindəki belə qurumlarla müqayisədə ən gözəl bir binaya malikdir.

AzNews.az