Gürcüstanda zəlzələ olub

11 Fevral 2023 20:08 (UTC+04:00)

Gürcüstanın qərbində - Kobuleti regionunda 4,5 maqnitudalı zəlzələ olub.

Aznews.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtı ilə 19.33-də qeydə alınan yeraltı təkanların ocağı 4,96 km dərinlikdə olub.

Dağıntılar barədə məlumat verilməyib.