Danimarka bütün "Sezar" haubitsalarını Ukraynaya verdi

13 Fevral 2023 15:08 (UTC+04:00)

Ukrayna Müdafiə Nazirliyi Danimarkanın onlara bütün “SEZAR” haubitsalarını verdiyini açıqlayıb.

Ukrayna Müdafiə Nazirliyinin "Twitter" hesabında edilən açıqlamada ölkəyə verilən hərbi dəstək barədə məlumat verilib.

“Danimarka bütün SEZAR haubitsalarını Ukraynaya çatdırıb. Bizim mübarizəmizin Avropa mübarizəsi olduğunu bilən əsl dost Danimarka”, - məlumatda bildirilib.

Ukraynaya gətirilən haubitsaların sayı barədə məlumat verilməyib.

Pərvanə