Xaçmazda qanunsuz ov edən şəxs saxlanılıb

14 Fevral 2023 09:19 (UTC+04:00)

Xaçmazda qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Elxan Məmmədov saxlanılıb.

Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.