Şərif Ağayardan yeni kitab

22 İyul 2013 11:59 (UTC+04:00)
Bu günlərdə yazar Şərif Ağayarın "Yazıçı" nəşriyyatında "Xanım T." adlı kitabı çap olunub.

Kitabda müəllifin mediada yayımlanan bəddi-publisistik yazıları toplanıb. Kitab ""Adamlar" silsiləsindən 39 hekayət" kimi təqdim olunur.

Ş.Ağayar kitabla bağlı AzNews.a-a bunları bildirib: "Elə adamlar tanımışam, elə faciələrin şahidi olmuşam ki, qarşısında insan qəlbi duruş gətirə bilməz və bu zaman yazmaq yeganə çıxış yolu olub. Mənim üçün insandan üst heç nə yoxdur. Tanrı belə onun qəlbində, ruhunda, gözəlliyindədir. "Xanım T." bu insanlar haqda hekayətlər toplusudur. Oxucu ilə həyatın öz dilində danışan, insan faciələrinin hər cür bədiyyatın üstündə olduğuna iddialı bir kitab".

Kitabı şəhərin kitab mağazalarından, məxsusi olaraq "Akademkitab" mağazasından (Əlyazmalar İnstitutunun altı) əldə etmək olar.

Bahar Rüstəmli
AzNews.az