İranın gizli, məhrəm otaqları - FOTOLAR
22 İyul 2013 17:46 (UTC+04:00)
"Fabrica" fotoqraflar qrupu İrandakı mənzillərin mübhəm, başqalarından gizli, yad nəzərlərin görə bilmədiyi məkanları ilə bağlı fotosessiya hazırlayıb
Milli.Az AHT-yə istinadən bildirir ki, "Fabrica"nın rəhbəri Den Hillin dediyinə görə, seriyanı 15 gənc iranlı fotoqraf hazırlayıb.
Fotoqraf Həmid Ziyarətinin dediyinə görə, İrandakı evlərdə orta hesabla iki qonaq otağı olur.
Bu otaqlardan biri gözəl bəzənir, döşənir, sonra da qapısı kilidlənir. Həmin otaq yalnız evə qonaq gələndə açılır və qonaq üçün nəzərdə tutulur.
Digər qonaq otağı isə evdəki insanların yaşamlarının cərəyan etdiyi məkandır.
"Biz o otaqda özümüz oluruq. Ora yad nəzər girmir, kənar adamların baxışları bizi süzmür. Bu səbəbdən rahat davranırıq. Bəlkə də xəyallara dalıb, arzular qurub başqa dünyaya inana bildiyimiz yeganə məkan kimi həmin otaq qalıb", - iranlı xanımlardan biri deyib.
AzNews.az