Gürcüstan hepatit C epidemiyası astanasındadır

22 İyul 2013 18:00 (UTC+04:00)
Rəsmi statistikaya əsasən, Gürcüstanda hepatit C xəstəliyi rekord göstəriciyə çatıb.

Trend-in məlumatına görə, ölkədə bu xəxtəliyə 200 min nəfər yoluxub və hər il 2 min yeni yoluxma halı qeydə alınır.

Mütəxəssislərin sözlərinə görə, ölüm göstəricisi də yüksəkdir, çünki xəstəliyin müalicəsi baha başa gəlir. Üstəlik, Gürcüstanda hepatit C-nin qarşısının alınması, diaqnostikası və müalicəsi üzrə dövlət proqramı yoxdur. Rəsmi statistika ondan xəbər verir ki, ölkədə yoluxanların yalnız 10 faizi özünü hepatit C-dən müalicə etdirə bilər.

Gürcüstan İctimai Televiziyasının məlumatına görə, hepait C-yə yoluxanların sayına görə Gürcüstan Cənubi Qafqazda birinci yeri tutur.

AzNews.az