Cəbrayıl və Qubadlıda ilk kəndlərin layihələndirilməsi həyata keçirilir

18 Fevral 2023 13:50 (UTC+04:00)

Cəbrayıl və Qubadlıda ilk kəndlərin layihələndirilməsi həyata keçirilir.

Aznews.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, ilin sonuna kimi daha çox kəndin layihələndirilməsi həyata keçiriləcək:

"Hər bir rayon ərazisində ən azı iki kəndin layihələndirilməsi gündəmdədir".