Rüstəm İbrahimbəyov Almaniyaya getdi

22 İyul 2013 13:30 (UTC+04:00)
Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyov Almaniyaya gedib.


AzNews.az-ın məlumatına görə, R.İbrahimbəyov sabah Berlində bir sıra görüşlər keçirəcək. Bildirilir ki, MŞ sədri Almaniyanın siyasi dairələri, beyin mərkəzləri, bir sıra fondları və jurnalistləri ilə görüşəcək.

Həmçinin, iyulun 23-də o, Almaniyada və Avropada yaşayan azərbaycanlılarla da görüşəcək.

Anar
AzNews.az