Dünya futbolunun aparıcı klublarından olan "Real Madrid"in əfsanəvi və fəxri prezidenti Amansio Amaro dünyasını dəyişib.
Aznews.az xəbər verir ki, İspaniya nəhəngi "Real Madrid" Amansio Amaronun 83 yaşında dünyasını dəyişdiyini açıqlayıb.
14 mövsüm Real Madriddə çıxış edən Amansio bütün dünya futbolu üçün nümunəvi ada çevrilib. O, 1966-cı ildə Brüsseldəki Heysel stadionunda Real Madridin qazandığı 6-cı Avropa Çempionatına imza atıb. Amansio komandasının ilk qolunu “Partizan”a vurub.
Amansio Real Madrid ilə 9 dəfə La Liqa çempionluğunu, 3 dəfə Kral Kubokunu və 1966-cı ildə Avropa Kubokunu qazanıb. O karyerası boyunca Real Madriddə 471 oyunda 155 qol vurub və 2 dəfə liqanın bombardiri olub. 42 dəfə İspaniya Milli Komandasında da çıxış edən Amansio İspaniyanın ilk Avropa Futbol Çempionatında komandanın tərkibində olub. 1968-ci ildə Marakanada Braziliyaya qarşı 1968 FIFA Dünya Kuboku matçında da oynayıb.
Qeyd edək ki, Amansio məşqçi kimi 1984-cü ildə Real Madridin ikinci komandası Castilla-nı İkinci Divizion çempionu edib. Real Madrid Castilla İspaniya futbol tarixində çempionluq qazanan ilk və yeganə ehtiyat komanda kimi tarixə düşüb.
Rəşid