İsveç Təhlükəsizlik Xidməti : Rusiya İsveçin üçün ən böyük təhdiddir

22 Fevral 2023 14:26 (UTC+04:00)

Rusiya İsveçin təhlükəsizliyinə ciddi təhlükə yaradır və öz hərəkətlərində getdikcə aqressivləşir.

Aznews.az xəbər verir ki, bu barədə İsveçin Təhlükəsizlik Xidməti bildirib.

İsveç Təhlükəsizlik Xidmətinin açıqlamasında: "Rusiya hazırda İsveç üçün yeganə ən böyük təhlükədir". “Rejimin hərəkətləri gözlənilməzdir və o, böyük risklərə meyllidir”-qeyd olunub.

Əks-kəşfiyyatın rəhbəri Daniel Stenlinq : “Rusiya İsveçi Avropanın, NATO-nun və kollektiv Qərbin bir hissəsi hesab edir və bu, İsveç üçün təhlükəni artırır”-deyə vurğulayıb.

İsveç Təhlükəsizlik Xidməti Çin və İranın İsveç üçün digər iki ən əhəmiyyətli təhdid olduğunu və ikisinin Rusiya ilə əməkdaşlıq etdiyini bildirib.

Mövsüm