İran Böyük Britaniyanın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb

22 Fevral 2023 16:47 (UTC+04:00)

İran Britaniyanın sanksiyalarına cavab olaraq Tehranın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Aznews.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "İngiltərə səfirliyinin müvəqqəti işlər vəkili İzabelle Marş İrana qarşı əsassız ittihamların davam etdirilməsinə etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırılıb" -qeyd olunub.

Britaniyanın Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyaların “siyasi” adlandırıldığı bəyanatda, immiqrantlara və müsəlmanlara qarşı ən ciddi ayrı-seçkiliyə icazə verən və beynəlxalq hüququ pozaraq qaçqınları Ruandaya zorla köçürən bir ölkənin insan haqlarından danışmaq mövqeyində olmadığı bildirilib.

Britaniyanın müvəqqəti işlər vəkili İzabelle Marş İranın reaksiyasını Londona çatdıracağını bildirib.

Rəşid