Nurgün Motors barədə protokol tərtib edilib

23 Fevral 2023 13:25 (UTC+04:00)

“Nurgün Motors” MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Rəşid