ABŞ-da yeni nəşr olunan araşdırmada Ceyms Uebb Kosmik Teleskopunun 6 böyük qalaktika kəşf etdiyi bildirilib.
Aznews.az xəbər verir ki, CNN-in xəbərinə görə, kainatı infraqırmızı işıqda müşahidə edən və qədim ulduzlar və qalaktikalardan gələn zəif işığı aşkarlaya bilən Uzaq kainatda "Webb Teleskop"-unun yeni kəşfinin qalaktikaların mənşəyi ilə bağlı mövcud nəzəriyyələri dəyişdirdiyi iddia edilir.
Teleskopun kəşf etdiyi 6 qalaktikanın gözləniləndən çox böyük olduğunu bildirən "Penn State" Universitetinin astronomiya və astrofizika professoru, həmmüəllif Coel Leja, "kiçik, gənc, körpə qalaktikalar" tapacağını gözlədiklərini, lakin "bizimki qədər yetkin qalaktikaları" kəşf etdiklərini söylədi.
“Kütləvi qalaktikaların formalaşması kainatda son dərəcə erkən bir tarixdə başladığının aşkarlanması, çoxumuzun formalaşmış elm hesab etdiyi şeyi tərsinə çevirir.”
Mövsüm