Azərbaycanın NATO-dakı nümayəndəsi Stoltenberqin köməkçisi ilə görüşüb

24 Fevral 2023 19:59 (UTC+04:00)

Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin müdafiə sahəsində investisiyalar üzrə köməkçisi Vendi Gilmurla görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə "Twitter"də bildirib.

"Biz NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Şərq və Qərb arasında əlaqələnmədə rolu, eləcə də regionumuzdakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi haqqında yaxşı müzakirələr apardıq", - o deyib.