Mirmahmud Mirəlioğlu seçki qərargahını gücləndirdi

22 İyul 2013 15:10 (UTC+04:00)
Klassik Xalq Cəbhəsi Partiyası sədri Mirmahmud Mirəlioğlu partiyanın seçki qərargahının işinin gücləndirilməsi məqsədi ilə, zonalar üzrə seçkilərə hazırlıq işlərinə rəhbərlik etmək üçün İbrahim Məmmədtağı oğlu Əliyev, Əli Bahadur oğlu Abdullayev, Şükür İzzətoğlu, Azad Muxtar oğlu Şəfiyev, Yaqub Məhəmməd oğlu Babalı, Heybət Səfəralı oğlu Səfərli, Sərkar Ağabala oğlu Mərdanovdan ibarət müşavirlər təyin edib. Bu barədə Modern.az-a KXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Müşavirlər KXCP Mərkəzi Seçki Qərargahı ilə rayon (şəhər) şöbələrinin seçki qərargahlarının əlaqələndirilməsi, seçki dairələrindəki problemlərini öyrənilməsi, rayon (şəhər) şöbələri tərəfindən seçki ərazilərinin əhatə edilməsinin təmin edilməsi, bütövlükdə seçkilərə hazırlıq işlərinin yüksəldilməsi istiqamətində fəaliyyət göstərəcəklər.

AzNews.az