9 milyondan artıq insan qeyri-rəsmi işləyir - Türkiyədə

22 İyul 2013 17:00 (UTC+04:00)
Türkiyədə rəsmi işləyən əhalinin sayı 25,7 milyon nəfərdir

Türkiyədə ümumi işçilərin təqribən 37 faizi rəsmi qeydiyyatdan keçməyərək çalışanlardır ki, bu da 9,6 milyon nəfər təşkil edir.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyə Statistika İnstitutunun yaydığı məlumatda deyilir.

2013-cü ilin aprel ayının nəticələrinə görə, Türkiyədə rəsmi işləyən əhalinin sayı 25,7 milyon nəfərdir.

Ölkədə məşğul qadınların 52,6 faizi rəsmi qeydiyyat olmadan işləyir.

AzNews.az