SpaceX kosmosa göndəriləcək raketdəki texniki nasazlıq səbəbindən uçuşu dayandırıb

27 Fevral 2023 16:59 (UTC+04:00)

Amerika kosmik gəmi və raket istehsalçısı SpaceX, ABŞ Aerokosmik Agentliyinin (NASA) missiyası üçün dörd astronavtı Beynəlxalq Kosmik Stansiyaya daşıyacaq raket buraxılış cəhdini texniki nasazlıq səbəbindən təxirə salıb.

Aznews.az xəbər verir ki, SpaceX rəsmilərinin verdiyi açıqlamaya görə, Kennedi Kosmik Mərkəzindən həyata keçirilməsi planlaşdırılan raketin buraxılış cəhdi mühərrikinin alışma sistemində yaranan nasazlıq səbəbindən buraxılışa 2 dəqiqə qalmış dayandırılıb.

Səlahiyyətlilər problemin mühərrikin alışma mayesini doldurmaq üçün istifadə edilən yerüstü avadanlıqla bağlı olduğunu düşünür.

Raketin buraxılış cəhdi üçün yeni tarix müəyyən edilməsə də, bölgədəki hava şəraiti uyğun olarsa, iki ABŞ astronavtı, bir rus kosmonavtı və bir BƏƏ astronavtı daşıyacaq kosmik gəminin sabah göndəriləcəyi gözlənilir.

Mövsüm