Azərbaycan Müdafiə Nazirliyinin tibbi personalının bir qismi Kahramanmaraşdan qayıdır - FOTO

27 Fevral 2023 23:17 (UTC+04:00)

Türkiyədə zəlzələnin baş verdiyi ilk gündən Kahramanmaraş şəhərində olan Azərbaycan Müdafiə Nazirliyinin tibbi personalının bir qismi Azərbaycana qayıdır.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldaki Baş konulu Nərminə Mustafayeva “Twitter“ hesabında məlumat paylaşıb.

O qeyd edib ki, Türkiyə Xarici İşlər Nazirliyinin təmsilçiləri İstanbul Hava limanından yola düşən həkimlərimizə təşəkkür edərək xatirə lövhəsi hədiyyə edib.