Lionel Messi ilin ən yaxşı kişi oyunçusu seçilib

28 Fevral 2023 13:42 (UTC+04:00)

Argentinanın kapitanı Dünya Kubokunun qalibi Lionel Messi FİFA tərəfindən ilin ən yaxşı kişi oyunçusu, keçən il “Qızıl top”u qazanan ispaniyalı Aleksiya Putellas isə ilin ən yaxşı qadın oyunçusu seçilib.

"Bu heyranedicidir. Bu, möhtəşəm bir il idi və bu gecə burada olmaq və bu mükafatı qazanmaq mənim üçün şərəfdir” -deyə argentinalı ulduz qeyd edib.

Dünya kubokunu qazanan Lionel Messi gecənin maraqla gözlənilən mükafatına namizəd olan Kylan Mbappenin Dünya Kubokunun finalındakı het-trik nailiyyətini kölgədə qoyub.

“Mən Skaloni və komanda yoldaşlarıma təşəkkürümü bildirmək istəyirəm. Onlar olmasaydı, mən burada olmazdım”, - Messi Parisdə keçirilən "Best FIFA Football Awards" mərasimində deyib.

Mövsüm

Aznews.az