Lavrov: Azərbaycanla bizim planlarımızda genişmiqyaslı layihələrin həyata keçirilməsi var

28 Fevral 2023 16:15 (UTC+04:00)

Bizim planlarımızda genişmiqyaslı layihələrin həyata keçirilməsi var. Bura Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi də daxildir.

Aznews.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası çərçivəsində "XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq" adlı konfransın açılışında deyib.

“Həmçinin, enerji sahəsində də əməkdaşlığımız genişlənir. “Qazprom”, “Lukoil”, “Rosneft” neft-qaz layihələrində birgə iştirak edirlər. Onların bu potensialının gücləndirilməsinə dair fikirləri var və biz təbii ki, bu planların reallaşmasına töhfə verəcəyik”, - Lavrov qeyd edib.