"YouTube" uşaqların məlumatlarını toplamaqda ittiham olunur

1 Mart 2023 09:38 (UTC+04:00)

"YouTube" Böyük Britaniyada 13 yaşından kiçik uşaqların məlumatlarını toplamaqda ittiham olunur.

Məsələ üzərində işləyən Dankın Makken İnformasiya Komissarlığı Ofisinə (ICO) rəsmi şikayət edib.

O bildirib ki, "YouTube" uşaqların nəyi harada və hansı cihazla izlədikləri barədə məlumatları toplayır.

"YouTube" ABŞ-nin texnologiya nəhəngi "Alphabet"ə məxsusdur və bu, həm də "Google"un ana şirkətidir.