179 yerlik Danimarka Parlamentində millət vəkilləri pula qənaət etmək və müdafiə xərclərini artırmaq üçün "Store Bededag" kimi tanınan "Böyük Dua Günü"-nü dövlət bayramlarından çıxarılmasına səs verib.
Aznews.az xəbər verir ki, Parlamentdə müxalifət, həmkarlar ittifaqları və din xadimlərinin sərt tənqidlərinə baxmayaraq, layihə 68 əleyhinə 95 lehinə səslə qəbul edilib.
Tətilin ləğvi ilə əldə ediləcək qənaətin ildə təxminən 426 milyon dollar olacağı təxmin edilir.
Müxalifət deputatları qanun layihəsini “axmaq”, “dəli” və “tamamilə yanlış” adlandırsalar da, məsələ ilə bağlı referendumun keçirilməsinə razılıq verə bilməyiblər.
Mövsüm