İngiltərədə hökumətin koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün bütün pişikləri öldürməyi planlaşdırdığını, daha sonra bu qərardan vaz keçdiyi məlum olub.
AzNews.az xəbər verir ki, bu barədə keçmiş səhiyyə naziri müavini Lord Betl danışıb.
O ev heyvanlarının xəstəliyi yaya biləcəyi qorxusundan epidemiyanın ilk vaxtlarında bu mövzunun müzakirə edildiyini bildirib.
Keçmiş müavin bunu rəsmilərin koronavirus epidemiyasının pik vaxtlarındakı "WhatsApp" mesajlarının yayılmasından sonra deyib.
Lord Betl "Channel 4 News"a mövzu ilə bağlı bunları deyib:
"Bu xəstəlik haqqında nə qədər az şey bildiyimizi unutmamalıyıq. Ev heyvanlarının xəstəliyi ötürə biləcəyinə dair o qədər şübhələrimiz olan bir vaxt var idi. Əslində, birdən məlum oldu ki, biz ictimaiyyətdən ölkədəki bütün pişikləri məhv etməyi tələb etməli ola bilərik. Lakin məsələ tez bir zamanda bağlandı. Təsəvvür edirsinizmi, əgər biz bunu etmək istəsək, nə baş verərdi?"