Amazonda itən adam: "Mən Allahdan yağış istədim"

2 Mart 2023 11:01 (UTC+04:00)

Amazonda itdiyini iddia edən boliviyalı bir adam sağ qalmaq üçün çəkmələrinə su yığdığını, həşərat və qurdlar yediyini iddia edib.

AzNews.az xəbər verir ki, 30 yaşlı Conatan Akostanın dedikləri təsdiqlənərsə, o, Amazonda tək ən uzun müddət sağ qalan şəxs ünvanını alacaq.

"Həyatda qalmaq üsulları haqqında bilmək çox faydalı oldu. Həşəratları, soxulcanları yeməli oldum. Heyvanların hücumuna məruz qaldım", - deyə o bildirib.

Akosta deyib ki, yoxa çıxdığı müddətin yarısında yağış yağıb: "Mən Allahdan yağış istədim. Yağış olmasaydı, sağ qalmazdım".

Qeyd edək ki, Akostan 25 yanvarda gəzdiyi qrupdan ayrılaraq itkin düşüb. 1 ay sonra onun tapılması ilə bağlı ailəsinə məlumat verilib.

Xatırladaq ki, bənzər hadisə 1981-ci ildə srailli macəraçı Yossi Ginsberqin başına gəlib. O, Amazonda üç həftə sağ qalıb. Bu hadisə əsasında Daniel Redklifin baş rolda olduğu "Jungle" adlı film çəkilib.