Türkiyənin milli atleti faciəvi şəkildə öldü

23 İyul 2013 08:15 (UTC+04:00)
Türkiyənin milli atleti, qaçış üzrə ölkə çempionu Murat Karabaş uçan divarın altında qalaraq ölüb.


Hadisə Muğla vilayətinin Bodrum rayonunda baş verib. Məlumata görə, 29 yaşlı idmançı 8.5 metr dərinlikdəki quyuda işləyərkən yaxınlıqdakı divar onun üstünə aşıb. Dərhal hadisə yerinə cəlb olunan xilasedicilər Karabaşın meyiti ilə rastlaşıblar.

Qeyd edək ki, "Egey" universiteti Bədən tərbiyəsi fakultəsini bitirərək idman müəllimi olmaq üçün dövlət imtahanlarına girən Murat Karabaş imtahanın nəticələri açıqlanana qədər fəhləlik edirmiş.

Məlumata görə, 1 500, 5 000 və 10 000 metr kross yarışlarında Türkiyə çempionu olan Murat Karabaş ötən ay nişanlanmışdı./anspress/

AzNews.az