Vətəndaş məlumatı əsasında 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

3 Mart 2023 11:32 (UTC+04:00)

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal mövqe tutan vətəndaşların məlumatları əsasında effektiv nəticələri olan bir çox əməliyyat tədbirləri keçirilmişdir.

AzNews.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Ələkbər Xələfov “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

“Həmin məlumat üzrə 127 fakt aşkarlanmış və 10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır”, - Ə. Xələfov bildirib.

Aynur