"Ölkəmizdə narkotik vasitələr gömrük nəzarətindən kənar, qanunsuz yollarla, qaçaqmalçılıq yolu ilə gətirilir. Bu sahədə mühüm əməliyyat tədbirləri həyata keçirilir. Xüsusi bir məqamı qeyd etmək istəyirəm. Bildiyiniz kimi, narkotik gizli cinayət sayılır. Onun satışını həyata keçirən şəxs aylarla, günlərlə buna hazırlaşır. Elə bil üsul seçir ki, cinayət məsuliyyətinə cəlb olunmasın. Onlara saxlanıldıqdan sonra heç nəyə qol çəkməmələri, heç nəyi etiraf etməmələri deyilir".
AzNews.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.
O əlavə edib ki, saxlanılan şəxslər buraxıldıqdan sonra onlarda uğurlu müdafiə təcrübəsi yaranır. Beləliklə, onların gələcəkdə saxlanılması daha da çətinləşir.
Aynur