"İYİ Partiyanın lideri Meral Akşənər “Altılı masa”nı tərk etdi. Amma gedərkən Əkrəm İmamoğlu və Mansur Yavaşa çağırış etməklə CHP-nin daxilinə “bombanı” da qoydu".
AzNews.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.
O bildirib ki, Akşənərin gedişi ilə səsləri bölünən müxalifətin seçkidə qalib gəlməsi daha da çətinləşdi: "Türkiyə müxalifətində bu gün yaşananlar 2013-cü ildə Azərbaycandakı “vahid namizəd” müzakirələrini xatırladır".