Alim Qasımov Mərakeşə gedir

23 İyul 2013 09:05 (UTC+04:00)

Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov səfərə hazırlaşır.

Bu barədə AzNews.az-a sənətkar özü məlumat verib.

Xanəndə bu dəfə Mərakeşə üz tutacaq. A.Qasımovun sözlərinə görə, o, Mərakeşə qızı, əməkdar artist Fərqanə Qasımova və onları müşaiyət edən ansambl ilə gedəcək: "Səfər avqustun 2-də reallaşacaq. Biz orada bir neçə konsert proqramı ilə çıxış edəcəyik. Konsertin repertuarı Azərbaycan muğamları və xalq mahnılarından ibarətdir".

Bahar Rüstəmli
AzNews.az